İlon Mask bu xəbərdən sonra rahat yata bilməyəcək - Türkiyədən SÜRPRİZ HƏMLƏ


Türkiyə ABŞ-nin "Starlink" sisteminə rəqib olacaq "Astralink" adlı öz aşağı orbitli peyk qruplaşmasını yaradır.

Turkustan.az xəbər verir ki, bu barədə Antalyada keçirilən Beynəlxalq Astronavtika Konqresində Türkiyənin müdafiə sənayesi nəhəngi "Aselsan"ın baş direktoru Əhməd Akyol bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində kosmosa 198 peyk çıxarılacaq.

İlk peykin orbitə buraxılması yaxın iki il ərzində planlaşdırılır.

"Biz bu layihənin icrasına ötən ilin sonunda başladıq. Ümumilikdə 198 aşağı orbitli peykdən ibarət milli qruplaşmamız formalaşacaq", – deyə "Sabah" qəzeti Akyolun sözlərinə istinadən xəbər verib.

Onun sözlərinə görə, "Astralink" şəbəkəsi Türkiyəni və dost ölkələri kəsilməz və davamlı rabitə ilə təmin edəcək.

Həmçinin "Gökbağı" adı ilə tanınan bu sistem ölkənin texnoloji müstəqillik strategiyası çərçivəsində ərsəyə gətirilir.

"Aselsan" peyk çipləri, proqram alqoritmləri, antenna qəbulediciləri və xüsusi siqnal tərkibi də daxil olmaqla layihənin bütün kritik komponentlərini yerli imkanlarla, müstəqil şəkildə işləyib hazırlayır./musavat.com

Attachment


MANŞET XƏBƏRLƏRİ