İspaniya Baş naziri Sançez fövqəladə tədbirlər elan etdi


İspaniyada Baş nazir Pedro Sançez mənzil böhranının həlli məqsədilə 21 maddəlik təcili tədbirlər paketini elan edib.

Turkustan.az xəbər verir ki, bu addım Parlamentin mənzil bazarının tənzimlənməsi ilə bağlı əvvəlki qanunvericilik təşəbbüsünü rədd etməsindən sonra atılıb.

İspaniya Nazirlər Şurası mənzil böhranının aradan qaldırılmasına yönəlmiş iki yeni fərmanı da təsdiqləyib. Sançez erkən ümumi seçkilərin elan edilməsindən bir gün sonra kekçirilən kabinet iclasında mənzil məsələsini əsas gündəm kimi müzakirə edib.

Baş nazir iqamətgahında çıxışı zamanı bildirib ki, hökumət səlahiyyət müddətinin sonuna qədər ölkəni idarə etmək məsuliyyətini daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ