ABŞ-dan Rusiyadakı vətəndaşlarına xəbərdarlıq: “Ölkəni dərhal tərk edin”


ABŞ Dövlət Departamenti Sibirdə şübhəli pnevmonik taun hadisəsinin qeydə alınmasından sonra Rusiyaya səfərlə bağlı xəbərdarlığı yeniləyib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Moskvadakı səfirliyi İrkutsk vilayətindəki vəziyyəti diqqətlə izlədiyini açıqlayıb.

Dövlət Departamenti Rusiya üçün 4-cü səviyyəli “Səyahət etməyin” xəbərdarlığının qüvvədə qaldığını bildirib. ABŞ vətəndaşlarına isə Rusiyanı dərhal tərk etmək tövsiyə olunub.

ABŞ səfirliyi “X” sosial media platformasında yaydığı açıqlamada İrkutsk vilayətində bir nəfərin ölümü ilə nəticələnən şübhəli pnevmonik taun hadisəsi, həmçinin bölgədəki xəstəxanalarda karantin tədbirlərinin tətbiq edilməsi və bəzi müəssisələrin bağlanması barədə məlumatlardan xəbərdar olduğunu qeyd edib.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ