Zelenski: Ukrayna Rusiyanın hərbi və neft obyektlərinə zərbələr endirdi


Ukrayna ordusu Rusiyanın hərbi və neft obyektlərinə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin Rusiyadakı hədəflərə endirdiyi zərbələrlə bağlı məlumat paylaşıb.

Zelenski bildirib ki, Ukrayna qüvvələri Rusiyanın müxtəlif bölgələrində hərbi və neft obyektlərini hədəfə alıb.

O, Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab verməyə davam etdiklərini vurğulayıb.

“Qara dənizdəki hədəfə, həmçinin Oryol vilayətində hücum dronlarının buraxılması və saxlanılması üçün istifadə olunan obyektə zərbələr endirilib. Samara vilayətindəki neft obyektinə və Bryansk vilayətində Rusiya qüvvələrinə məxsus təchizat anbarına da zərbələr endirilib”, - deyə Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ