Ukrayna və Türkiyə arasında azad ticarət sazişi bu gündən qüvvəyə minib.
Turkusta.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Saziş Ukrayna və ya Türkiyə mənşəli, Harmonizə edilmiş Sistemin 01-97-ci qruplarına aid mallara şamil edilir. Tarif cədvəllərinə uyğun olaraq, tərəflər gömrük rüsumlarının ləğv edilməsini və ya azaldılmış tariflərlə yanaşı, tarif kvotalarının tətbiqini nəzərdə tutublar.
Güzəştlər müxtəlif tarixlərdə qüvvəyə minəcək. Ukraynanın Türkiyəyə ixracı üzrə güzəştlər 1 oktyabr 2026-cı ildən, Türkiyə mənşəli malların Ukraynaya idxalı üzrə isə 1 yanvar 2027-ci ildən tətbiq olunacaq.
Ukraynadan ixrac zamanı “429” – ixrac rüsumunun ləğvi və “430” – ixrac üzrə tarif kvotası tarif üstünlük kodlarından istifadə ediləcək.
1 yanvar 2027-ci ildən etibarən Türkiyə mallarının Ukraynaya idxalı zamanı isə “429” – rüsumun ləğvi və ya azaldılması, “430” – idxal üzrə tarif kvotası kodlarının tətbiqi nəzərdə tutulur.
Aytən Yaşar/ Turkustan.az