Polşa hökuməti miqrasiya təzyiqi və təhlükəsizlik ehtiyacları səbəbindən Almaniya və Litva ilə sərhədlərdə tətbiq edilən müvəqqəti nəzarət rejimini daha 6 ay uzadıb.
Turkustan.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər və Administrasiya Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Daxili İşlər naziri Marçin Kervinskinin qərarı ilə Litva və Almaniya ilə sərhədlərdə nəzarət 2 oktyabrdan 30 mart 2027-ci ilədək davam edəcək.
Qərarın məqsədi qanunsuz miqrasiyanın qarşısının daha da gücləndirilməsi və Polşanın təhlükəsizliyinin təmin edilməsidir.
Kervinskinin sözlərinə görə, sərhəd nəzarəti qanunsuz miqrantlara və qaçaqmalçılara qarşı mübarizədə effektivliyini göstərib. Nazir bildirib ki, yoxlamalar Varşava sərhədlərin tam təhlükəsizliyinə əmin olana qədər davam etdiriləcək.
Polşa Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarəti ilk dəfə 7 iyul 2025-ci ildə bərpa edib.
Aytən Yaşar/ Turkustan.az