İsveçrə Alp dağlarında həyəcan siqnalı: Şok hesabat yayımlandı


İsveçrə Alp dağlarında buzlaqların əriməsi ilə bağlı yeni hesabat yayımlanıb. Hesabata görə, son 5 ildə ölkədəki buzlaqların həcmi təxminən 20 faiz azalıb.

Turkustan.az xəbər verir ki, İsveçrə Elmlər Akademiyası (SCNAT) ilə əlaqəli İsveçrə Buzlaqlarının Monitorinq Şəbəkəsi (GLAMOS) və İsveçrə Kriosfer Monitorinq Komissiyası tərəfindən hazırlanan hesabatda buzlaqların vəziyyəti qiymətləndirilib.

Hesabatda may ayından sentyabr ayına qədər davam edən güclü istilərin və qışda qar örtüyünün az olmasının buzlaqların əriməsini sürətləndirdiyi bildirilib.

Sənəddə qeyd olunub ki, İsveçrə buzlaqları 2026-cı ildə də ciddi əriməyə məruz qalıb və buz kütləsinin 5 faizdən çoxu itirilib. Ayrı-ayrı buzlaqların orta qalınlığı 2,5-4 metr azalıb. Yay aylarında bəzi buzlaq dillərində qalınlıq itkisi 10 metrə çatıb.

Məlumata görə, son 5 ildə İsveçrədəki buzlaqların ümumi həcmi təxminən 20 faiz azalıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ