Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 180 mini keçdi


Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 180 min 398 nəfərə yaşa görə müavinət təyin olunub.

Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 40,8%-ni kişilər, 59,2%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, yaşa görə müavinət alanların sayı bu ilin əvvəli ilə müqayisədə 13 min 671 nəfər və ya 8,2% artıb.

Son 8 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub:

1 Yanvar 2020-ci il – 82,4 min nəfər (aylıq müavinət 130 manat);
1 Yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);
1 Yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);
1 Yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);
1 Yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);
1 Yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat);
1 Yanvar 2026-cı il – 166,7 min nəfər (220 manat);
1 Noyabr 2026-cı il – 180,4 min nəfər (220 manat).


Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 ildir. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ