Gənc qızların sosial iştirakçılığı və gender bərabərliyi layihəsinə başlanılıb


“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc qızların sosial iştirakçılığı və gender bərabərliyi! layihəsinə başlanılıb.

Turkustan.az xəbər verir ki, layihənin əsas məqsədi gənc qızların cəmiyyətə inteqrasiyası və onların gender bərabərliyinə dair məlumatlılığının artırılmasıdır.

Layihə üç ay müddətində oktyabr-dekabr 2026-cı il tarixlərində Şabran və Xaçmaz rayonlarında həyata keçirilir. Layihəyə 200 nəfər gənc qız cəlb olunacaqdır. Ümumilikdə hər rayonda iki olmaqla, dörd seminar keçiriləcək.

Seminarlarda gender bərabərliyi və hüquqlar, sosial iştirakçılıq və liderlik, şəxsi inkişaf və müasir çağırışlar kimi mövzular gənclərə təbliğ ediləcək. Seminarların sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.


MANŞET XƏBƏRLƏRİ