İraqda bir dövr başa çatdı! "Suverenlik Günü" elan edildi


İraq Müdafiə Nazirliyi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin ölkədən çıxarılmasının başa çatdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, nazirliyin sözçüsü general-mayor Yəhya Rəsul İraq ərazisində koalisiya qüvvələri ilə əlaqəli heç bir hərbi elementin qalmadığını bildirib.

Rəsul qeyd edib ki, beynəlxalq koalisiya İŞİD terror təşkilatına qarşı mübarizədə, xüsusilə hava dəstəyi ilə İraqa mühüm töhfələr verib.

Onun sözlərinə görə, koalisiya qüvvələrinin ölkədən çıxarılmasından sonra da İraqla koalisiya ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq davam edəcək.

İraq hökuməti xarici qüvvələrin çıxarılmasının başa çatması ilə əlaqədar 30 sentyabrı “İraq Suverenliyi Günü” elan edib. Bu çərçivədə dövlət qurumları və ictimai təşkilatlar üçün 30 sentyabrdan 3 oktyabradək rəsmi tətil elan olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ