Google-ın testində gözlənilməz addım: Süni intellekt həddi aşdı!


Süni intellekt (Sİ) texnologiyasının yaratdığı risklər texnologiya şirkətlərinin gündəmindən çıxaraq Birləşmiş Millətlər Təşkilatının əsas müzakirə mövzularından birinə çevrilib.

Turkustan.az xəbər verir ki, çərşənbə günü BMT Təhlükəsizlik Şurasının süni intellektə həsr olunmuş iclasında texnologiya şirkətlərinin rəhbərləri və müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri Sİ-nin yaratdığı potensial təhlükələri və onların qarşısının alınması yollarını müzakirə ediblər.

İclasda OpenAI-nin baş direktoru Sem Altman, Anthropic-in baş direktoru Dario Amodei, Hugging Face-in baş direktoru Klement Delangue, süni intellekt üzrə mütəxəssis Yoşua Benqio, həmçinin ABŞ, Böyük Britaniya, Fransa və Çindən yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Müzakirələrdə süni intellektdən sui-istifadə, texnologiyanın nəzarətdən çıxması və gücün az sayda şirkət və şəxsin əlində cəmləşməsi ilə bağlı risklər ön plana çıxıb. İştirakçılar bu təhlükələrin qarşısının alınması üçün beynəlxalq səviyyədə ortaq qaydaların hazırlanmasına çağırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ