İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı iki il əvvəl İsrailin Livanda Hizbullah terrorçularını partlatmaq üçün istifadə etdiyi peycer nümunəsini nümayiş etdirib.
Turkustan.az xəbər verir ki, o, peycəri əlində qaldıraraq zala müraciət edib: "Peycerləri xatırlayırsınız? Sizə deyə bilərəm ki, Hizbullah onları mütləq xatırlayır".
Xatırladaq ki, 2024-cü ilin sentyabr ayında Hizbullah üzvlərinin peycerləri kütləvi şəkildə partlayıb, ertəsi gün isə radiolar partlayıb. Cihazlar partlayıcı maddələrlə təchiz edilmişdi.
Əməliyyat nəticəsində onlarla insan həlak olub, təxminən 3000 nəfər yaralanıb. Netanyahu daha sonra hücumun arxasında İsrailin olduğunu təsdiqləyib./Musavat.com