Tramp: Çinlə münasibətlərimiz heç vaxt bu qədər yaxşı olmayıb


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Çin prezidenti Si Cinpinin şərəfinə təşkil olunan şam yeməyində iki ölkə arasındakı münasibətlərdən danışıb.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ və Çin arasında münasibətlərin son vaxtlar yaxşılaşdığını vurğulayaraq deyib: “İki ölkənin lideri olaraq, Prezident Si və mən fərqli sistemləri təmsil etdiyimizi bilirik. Lakin xalqlarımız arasındakı əlaqələr qalır. Münasibətlərimiz heç vaxt bu qədər yaxşı olmayıb”.

Vaşinqton və Pekin arasında uzun müddətdir davam edən fikir ayrılıqlarına baxmayaraq, Tramp iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini dostluq ruhunda qiymətləndirib.

Şam yeməyi zamanı Tramp Si Cinpinə amerikalı rəssamın əsərini də hədiyyə edib. O, hədiyyəni “dostluq ruhunda” təqdim etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ