ABŞ-dan İrana qarşı görünməmiş savaş: “Ən böyük təcrid kampaniyası”


ABŞ Maliyyə naziri Skott Bessent ölkəsinin İrana qarşı tarixdəki “ən böyük iqtisadi təcrid kampaniyasını” həyata keçirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Bessent Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində demokratların suallarını cavablandırarkən İranla bağlı siyasət və süni intellekt məsələlərindən danışıb.

O, ABŞ-ın “İran təhdidinə son qoymaq” istiqamətində irəlilədiyini iddia edib.

Süni intellekt məsələsinə toxunan Bessent texnologiya şirkətlərinin bu sahədəki fəaliyyətlərinə görə məsuliyyət daşımasının təhlükəsizliyin təmin olunmasının ən yaxşı yolu olduğunu deyib.

“Onların hamısı süni intellektin inkişafını yavaşlatmaq istədiklərini, eyni zamanda məsuliyyətdən azad olmaq istədiklərini deyirlər”, - deyə Bessent bildirib.

“Wall Street Journal”ın məlumatına görə, Bessent Çini İranla iqtisadi əlaqələri azaltmağa inandırmaq məqsədilə Çin rəsmiləri ilə “əla şəxsi danışıqlar” apardığını bildirib. O, bu həftəsonu Çin Baş nazirinin müavini He Lifeng ilə əlavə görüşlər keçirəcəyini də açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ