Paşinyan Ermənistanın Aİ ilə yaxınlaşmasına görə Lukaşenkonu günahlandırdı: “O səbəb olub”


Avropa İttifaqı Ermənistan üçün mühüm ticarət-iqtisadi tərəfdaşdır, lakin hazırda məsələ müqayisə aparmaqda deyil, Ermənistan üçün alternativlər yaratmaqdadır.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-də rusiyalı jurnalistlərlə söhbəti zamanı deyib.

“Bəzi Aİİ (Avrasiya İqtisadi İttifaqı) tərəfdaşlarımız Ermənistanın heç kimə lazım olmadığını və heç yerdə gözlənilmədiyini bildirərək bu prosesi stimullaşdırdılar.

Biz bu siqnala mənfi deyil, müsbət yanaşdıq və işləməyə başladıq, çünki əslində vəziyyət tamamilə fərqlidir”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, “Ermənistan kimə lazımdır?” ifadəsi ilə çıxış edən şəxs Belarus Prezidenti Aleksandr Lukaşenko olub. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ