Rusiya qoşunları Ukraynanın Sumı bölgəsinin Bilopilla şəhərində yerləşən bazara pilotsuz uçuş aparatı ilə hücum edib.
Turkustan.az xəbər verir ki, hücum nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir.
Bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov Telegram kanalında məlumat verib.
Qriqorov bildirib ki, səhər saatlarında Rusiya qüvvələri Bilopilla icmasında bazarda olan insanları dronla hədəfə alıb. İlkin məlumata görə, 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Onun sözlərinə görə, həkimlər yaralılara tibbi yardım göstərir. Zərərçəkənlərin xəstəxanalara yerləşdirilməsi davam edir.
Aytən Yaşar/ Turkustan.az