Belçikanın müdafiə naziri Teo Franken sentyabrın 4-dən 18-dək Qrenlandiyaya 30 Belçika hərbçisinin göndəriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Franken bu barədə İslandiyaya səfəri zamanı fransızdilli ictimai yayımçı RTBF-ə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Belçika hərbçiləri “Arktika Müşahidəsi” proqramı çərçivəsində Qrenlandiyada yerləşdiriləcək. Missiya zamanı əsgərlər təlimlər keçirəcək, pilotsuz uçuş aparatlarından istifadə üzrə çalışmalar aparacaq və dronlara qarşı mübarizə sistemlərini sınaqdan keçirəcəklər.
Franken qeyd edib ki, Qrenlandiyanın geniş ərazisi bu cür hərbi missiyalar üçün əlverişli təlim meydanı yaradır.
“Adanın böyük səth sahəsi bu tip missiyalar üçün son dərəcə uyğun imkanlar təqdim edir”, – deyə nazir bildirib.
Missiyada Kanada, Danimarka, Fransa, Finlandiya, Niderland, Sloveniya və İsveç də iştirak edəcək.
Aytən Yaşar/ Turkustan.az