Quterreş Kiprlə bağlı yeni qərarı açıqladı: 5+1 görüşü təşkil olunacaq


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi António Guterres Kipr məsələsində həll yolunun tapılmasının hər zamankından daha təcili olduğunu bildirib və adadakı tərəflərlə qarant ölkələrin iştirakı ilə yeni 5+1 formatında görüş keçiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Quterreş bu barədə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında danışıb.

Yaxın vaxtlarda Suriya və Kiprə səfər etdiyini xatırladan Baş katib bildirib:

"Kiprə səfərim göstərdi ki, sürətlə dəyişən və getdikcə qeyri-sabitləşən bir bölgədə həll yolunun tapılması həmişəkindən daha təcilidir. Gələcək üçün yol xəritəsi ilə bağlı müzakirələrimiz, eləcə də etimadın möhkəmləndirilməsi, metodologiya və məzmun istiqamətində əldə olunan irəliləyişləri nəzərə alaraq, yeni 5+1 formatında görüş keçirmək qərarına gəldim".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ