Ermənistanın NATO ilə keçirdiyi birgə hərbi təlimlər yenidən Moskvanın sərt reaksiyasına səbəb olub.
Turkustan.az xəbər verir ki, Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev NATO-nun Ermənistanı təşkilatdakı müttəfiqlərindən uzaqlaşdırmağa çalışdığını bəyan edib.
Onun sözlərinə görə, bu məqsədlə, xüsusilə, Ermənistanla keçirilən birgə hərbi təlimlərdən istifadə olunur.
Diplomat hesab edir ki, belə kurs Ermənistanın təhlükəsizliyi və suverenliyinin uzunmüddətli maraqlarına cavab vermir.
Vasilyev həmçinin vurğulayıb ki, regionun çoxəsrlik tarixi erməni xalqının təhlükəsizliyinin əsas təminatçısının kim olduğu sualına özü cavab verir. /Musavat.com/