Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu terror aktı adlandırıb.
İran Xarici İşlər Nazirliyinin əvvəllər bildirdiyi kimi, Ukrayna iyulun 25-də İran ticarət gəmisinə hücum edib. Hücum nəticəsində bir dənizçi həlak olub, digəri isə yaralanıb.
Turkustan.az xəbər verir ki, Zaxarova “Sputnik” radiosunda bildirib:
"Bu, əsl terror hücumudur. Qlobal təcrübə baxımından, bu, çox güman ki, yenidən canlanan "dəniz piratçılığı" təcrübəsindən qaynaqlanan terror hücumudur".
İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını bildirib./publika.az