ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Baş nazir Benyamin Netanyahu ona Vaşinqtonun tələbi olmadan İsrailin öz təşəbbüsü ilə İrana hücum etməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Associated Press İsrail” mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Netanyahu Trampla söhbəti zamanı vurğulayıb ki, İranın İsrailə hücumu halında İsrail qisas almaq hüququnu özündə saxlayır.
Baş nazir, həmçinin Amerika liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ ilə bölüşməyə davam edəcəyini bildirib. Netanyahu Vaşinqtonun İranla münaqişədə Yaxın Şərqdə ABŞ-nin müttəfiqi olan ərəb ölkələrinin mövqelərini nəzərə almalı olduğunu anlayıb.
O, ABŞ Prezidentini İsrailin İran məsələsində Vaşinqtona tam etibar etdiyini və Trampın verdiyi istənilən qərarı dəstəkləyəcəyinə əmin edib.
Netanyahu ilə Tramp arasında görüş ərəfəsində Amerikanın "Al-Monitor" portalı mənbələrə istinadən bildirmişdi ki, İsrailin Baş naziri ABŞ Prezidentinə İran ərazisinə yeni İsrail hücumları planlarını təqdim etməyi planlaşdırır. Müzakirə İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturuna potensial hücumlar ətrafında cərəyan edib.
Xatırladaq ki, ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İslam Respublikası ərazisinə bir neçə seriya zərbə endiriblər.
Bu zərbələr Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq edilib. Elə həmin gün Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Yaxın Şərqdəki Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ hədəflərinə hücum etməyə başlayıb. 24 iyulda iki tərəf də hücumu dayandırıb. /Cebheinfo.az/