Latviyadan diqqətçəkən açıqlama: Kremlin NATO-ya hücumu hazırda mümkün deyil


Latviyanın müdafiə naziri Raivis Melnis bildirib ki, Rusiya Ukraynada davam edən müharibə səbəbindən hazırda NATO ölkələrinə qarşı birbaşa ənənəvi hərbi hücum həyata keçirmək imkanına malik deyil.

Turkustan.az xəbər verir ki, bu barədə Delfi nəşri məlumat yayıb.

Melnisin sözlərinə görə, Rusiya Ukraynadakı müharibəyə cəlb olunub və Ukrayna ordusunun uğurlu əməliyyatları Moskvanın hərbi imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Nazir qeyd edib ki, Ukrayna Rusiya ordusunun logistikasını zəiflədərək, arxa cəbhədəki hərbi hədəflərə zərbələr endirir və bu da Rusiyanın yeni cəbhə açmaq imkanlarını azaldır.

Melnis vurğulayıb ki, NATO ölkələrinə qarşı genişmiqyaslı hücum təşkil etmək üçün Moskva əvvəlcə Ukraynadakı qüvvələrinin bir hissəsini Baltikyanı ölkələr sərhədinə köçürməli və yeni hərbi birləşmələr yaratmalıdır. Onun sözlərinə görə, NATO belə hazırlıqları əvvəlcədən aşkar edəcək.

Latviyalı nazir əlavə edib ki, Rusiya belə bir addım atacağı təqdirdə, bu, Ukrayna ordusuna da öz əməliyyatlarını genişləndirmək üçün əlavə imkanlar yaradacaq və Moskva hazırkı şəraitdə belə bir riski gözə ala bilməz.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ