İran Çindən BU SİLAHI ALIR: Müharibədə YENİ MƏRHƏLƏ - FOTO


ABŞ və İsraillə müharibə şəraitində müdafiə potensialını bərpa etməyə çalışan İran yaxın həftələrdə Çin istehsalı olan 400-ə qədər daşınan zenit-raket kompleksinin (DZRKK) ilk partiyasını qəbul etməlidir.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı mənbələrinə istinadən "Reuters" agentliyi yayıb.

Dəyəri 60–70 milyon dollar dəyərində qiymətləndirilən bu satınalmanın ABŞ və İsraillə müharibə başlandıqdan bəri Tehranın yaxın mənzilli hava hücumundan müdafiə sistemini gücləndirməyə yönəlmiş ən böyük təşəbbüslərindən biri olduğu bildirilir.

Müharibə İranın hərbi obyektlərini və strateji infrastrukturlarını qorumaq imkanlarında ciddi boşluqların olduğunu ortaya çıxarıb.

Mənbələrin verdiyi məlumata görə, müqavilə 300-dən 400-ə dək Çin istehsalı olan "QW-12" və "FN-16" raket komplekslərinin alqı-satqısını nəzərdə tutur. Tehran bu sazişi Çin tədarükçüsü ilə İran tərəfi arasında vasitəçilik edən Honkonqun "Zhongqing Baoshang International Investment" şirkəti ilə imzalayıb.

"Reuters" qeyd edir ki, yüzlərlə DZRKK-nın çatdırılması İranın yaxın mənzilli HHM cəbbəxanasını əhəmiyyətli dərəcədə genişləndirəcək və Çinlə hərbi əlaqələrin dərinləşdiyini nümayiş etdirəcək.

Razılaşdırılmış plana əsasən, tədarüklər ilk olaraq Çinin qərbindəki Urumçi şəhərindən hava yolu ilə, daha sonra isə Pakistan tranzitindən keçməklə İrana həyata keçirilməlidir.

Lakin Pakistan Silahlı Qüvvələri bu iddiaları kəskin şəkildə təkzib edib:

"Pakistanın Çindən İrana hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında iştirakı ilə bağlı ehtimallar tamamilə uydurmadır və yalandır", - deyə rəsmi bəyanatda bildirilib./Musavat.com


MANŞET XƏBƏRLƏRİ