MİDA-nın sisteminə müdaxilə edənlərdən biri ADNSU-nun tələbəsi imiş


Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz olaraq müdaxilə edən 2001-ci il təvəllüdlü şəxsin məhkəmə prosesi başa çatıb.

Turkustan.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, hakim qarşısına Azərbaycan Dövlət Neft və Sənaye Üniversitetinin tələbəsi olan Yasin Fərhadov (ad-soyad şərtidir) çıxarılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, o, informasiya təhlükəsizliyi və texnologiya sahəsində biliklərə malik olduğundan dayılarına MİDA-dan güzəştli şərtlərlə mənzil əldə etmək üçün kömək etmək qərarına gəlib. Lakin o, seçim zamanı istəyinə çata bilməyib.

Qanunsuz müdaxiləsi ilə vaxt üstünlüyü qazanmağa çalışan şəxs hüquq-mühafizə orqanları tərəfindən ifşa olunub. Məlum olub ki, həmin vaxt ümumilikdə 12 şübhəli kabinetdən sistemə sorğular göndərilib.

Məhkəmənin hökmünə əsasən, 21 yaşlı tələbə bu qanunsuz əməlinə görə 4000 manat cəriməlinib. MİDA nümayəndəsi məhkəmədə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Qeyd edək ki, hadisə MİDA-nın Binəqədidə 627 mənzili satışa çıxardığı vaxt baş verib.


MANŞET XƏBƏRLƏRİ