Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, hadisə-Gəncə-Göygöl-Hacıkənd-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qarşısına çıxan piyadanı vuran "Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə piyada və maşında olan iki nəfər xəstəxanaya yerləşdiriliblər.