Zelenski: Hazırda müharibədə təşəbbüs Putinin əlində deyil


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsində təşəbbüs artıq Kremlin deyil, Ukraynanın tərəfindədir.

Turkustan.az xəbər verir ki, Zelenski bu fikirləri ABŞ-a səfəri çərçivəsində Fox News telekanalına müsahibəsində səsləndirib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya hər ay böyük itkilər versə də, Prezident Vladimir Putin müharibəni dayandırmaq niyyətində deyil.

"Putin hər ay təxminən 30 min əsgər itirir. İtkilər çox böyükdür, amma buna baxmayaraq müharibəni dayandırmaq istəmir. Buna görə də hazırda təşəbbüs Putinin deyil, Ukraynanın əlindədir", – deyə Zelenski bildirib.

O qeyd edib ki, Kiyev mümkün sülh razılaşmasına zəmin yaratmaq üçün atəşkəsin elan edilməsində israrlıdır. Lakin onun sözlərinə görə, Rusiya tərəfi heç bir dialoq formatına maraq göstərmir.

"Biz hər gün bu müharibənin dayandırılmasını, müəyyən müddətlik atəşkəs elan edilməsini və diplomatlara danışıqlar aparmaq imkanı verilməsini təklif edirik. Amma Putin bunu istəmir. Problem də məhz bundadır", – deyə, Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ