Vaşinqtonda Qrehemlə vida: Trampdan diqqətçəkən çıxış


ABŞ-da uzun illər senator kimi fəaliyyət göstərən və İsrailə verdiyi güclü dəstəklə tanınan respublikaçı Lindsi Qrehem üçün Vaşinqton Milli Katedralında dəfn mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, iyulun 11-də vəfat edən senatorun dəfn mərasimində ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak ediblər.

Mərasimdə çıxış edən Tramp Qrehemi uzun illərin dostu adlandıraraq onun ABŞ siyasətində mühüm rol oynadığını bildirib.

"O, son dərəcə amansız idi. Heç vaxt bəyənmədiyi müharibə görməmişdi. Son 30 ildən artıq müddətdə bu paytaxtda Lindsi Qrehemin xəbəri olmadan heç bir böyük hadisə baş verməyib", – deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, xüsusilə son on ildə Qrehemlə yaxın dostluq münasibətləri olub və senatorun ölkənin təhlükəsizliyi məsələlərində hər zaman sərt mövqe nümayiş etdirdiyini vurğulayıb.

Tramp Qrehemin dəfn mərasimində çıxış edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ