Netanyahunun ABŞ səfəri etirazla qarşılandı


ABŞ-ın paytaxtı Vaşinqtonda Fələstin tərəfdarları İsrailin Baş naziri Binyamin Netanyahunun səfərinə etiraz olaraq Ağ Evin yaxınlığında aksiya keçiriblər.

Turkustan.az xəbər verir ki, etirazçılar Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfərinə etiraz ediblər.

Nümayiş iştirakçıları Fələstin bayraqları qaldırıb, həmçinin ABŞ-ın İsrailə verdiyi dəstəyi tənqid edən plakatlar nümayiş etdiriblər. Aksiya zamanı Fələstinlə həmrəylik şüarları səsləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ