Yaponiyada 7,1 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi


Yaponiyanın Kumamoto bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Turkustan.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələnin episentri Kumamoto bölgəsində qeydə alınıb.

Güclü zəlzələdən dərhal sonra sunami xəbərdarlığı elan olunub.

Yaponiya hökuməti isə Kyuşu adasında yerləşən Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturalarında təcili zəlzələ xəbərdarlığı yayıb. Hazırda zəlzələnin törətdiyi mümkün dağıntılar və tələfatla bağlı araşdırmalar davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ