Tramp seçki məğlubiyyətindən sonra kabinetində dəyişikliklər edəcək


ABŞ Prezidenti Donald Tramp Respublikaçıların Konqres seçkilərində məğlubiyyətindən sonra administrasiyasında bir sıra kadr dəyişiklikləri aparmağı planlaşdırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə bazar günü tam yayımlanacaq “CBS News” telekanalına müsahibəsində danışıb.

“60 Minutes” proqramında kabinet üzvlərindən hər hansı birini vəzifəsindən uzaqlaşdırmağı planlaşdırıb-planlaşdırmadığı soruşulan Tramp “Bəli, planlaşdırıram. Bir qədər dəyişiklik olacaq”, – deyə cavab verib.

O, kabinet üzvlərindən razı olduğunu da vurğulayıb: “Kabinetimdən çox məmnunam. Düşünürəm ki, onların hamısı yaxşı insanlardır. Lakin yəqin ki, bir neçə dəyişiklik edəcəyəm”.

Tramp bu açıqlamanı Stiven Millerin Suzi Uaylsın yerinə Ağ Evin aparat rəhbəri təyin ediləcəyini bildirməsindən qısa müddət sonra verib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ