İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) təyin olunmuş marşrutdan kənara çıxaraq icazəsiz şəkildə Hörmüz boğazından keçməyə cəhd edən altı gəmini xəbərdarlıq atəşi ilə dayandırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, son 24 saat ərzində Hörmüz boğazından icazəsiz keçməyə çalışan altı gəminin boğazdan keçidinə icazə verilməyib.
Məlumatda bildirilir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri xəbərdarlıq atəşi açaraq gəmiləri marşrutlarını dəyişməyə məcbur edib və onların keçidinin qarşısını alıb.
Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusu bir gün əvvəl də Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən dörd gəminin saxlanıldığını açıqlamışdı.
AYtən Yaşar/ Turkustan.az