Paşinyan çətin vəziyyətdə: Putin təbrik etmir, İran sıxışdırır, Tramp isə...


ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda Ermənistanda TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi ətrafında müzakirələr yenidən intensivləşib.

Turkustan.az xəbər verir ki, erməni siyasi şərhçi Tiqran Dumikyanın "Hraparak" qəzetində dərc olunan təhlilində layihənin Ermənistan-İran münasibətlərinə mənfi təsir göstərə biləcəyi vurğulanır.

Müəllif qeyd edir ki, layihə Ermənistan ərazisində ABŞ-ın müəyyən formatda iştirakını nəzərdə tutur. Rəsmi İrəvan bunun yalnız regional nəqliyyat əlaqələrinin inkişafına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirsə də, Tehran bu izahatları inandırıcı hesab etmir.

Təhlildə bildirilir ki, İran rəsmilərinin son dövrlərdə getdikcə sərtləşən bəyanatları Ermənistan diplomatiyasının vəziyyəti lazımi səviyyədə izah edə bilmədiyini göstərir. Müəllif bunu xüsusilə Ermənistanın İrandan iqtisadi asılılığını nəzərə alaraq təhlükəli hesab edir.

Yazıda vurğulanır ki, Ermənistan təbii qaz tələbatının təxminən 20 faizini İrandan təmin edir. İki ölkə arasında illik ticarət dövriyyəsi isə təxminən 800 milyon ABŞ dolları təşkil edir. Bundan başqa, İran Ermənistan üçün Hindistan, Çin, Fars körfəzi ölkələri və Cənub-Şərqi Asiyadan idxal edilən məhsulların əsas tranzit marşrutlarından biridir.

Müəllif hesab edir ki, Ermənistan hələ də Rusiya ilə münasibətlərini normallaşdıra bilməyib. Məqalədə xatırladılır ki, Baş nazir Nikol Paşinyan parlament seçkilərindən sonra Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılacağını bəyan etmişdi. O, bunu Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə şəxsi münasibətləri ilə əsaslandırırdı.

Lakin təhlildə qeyd olunur ki, seçkilərdən sonra nə Putin, nə də Mişustin Paşinyanı təbrik edib, Mişustinlə Yekaterinburqda keçirilən görüş də Ermənistan-Rusiya münasibətlərində nəzərəçarpacaq irəliləyiş yaratmayıb. /modern.az/az/


MANŞET XƏBƏRLƏRİ