Hərbi və mülki hədəflərə qarşı zərbələrin intensivləşməsi fonunda, hərbi əməliyyatların yenidən başlamasından ötən həftə ərzində azı üç ABŞ hərbçisi həlak olub.
Turkustan.az xəbər verir ki, bu vəziyyət Vaşinqtonla Tehran arasında tammiqyaslı müharibə riskini daha da artırıb.
Ukraynanın dövlət xəbər agentliyi yaydığı məlumata görə,, administrasiyanın daxili müzakirələrindən xəbərdar olan və adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, "ABŞ daha genişmiqyaslı müharibəyə hazırlaşır".
Rəsmisinin sözlərinə görə, Pentaqon regiondakı hərbi iştirakını gücləndirərək əlavə hava qüvvələri yerləşdirir. Bununla yanaşı, o, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli sursat ehtiyatlarının azalması, eləcə də əlavə qüvvə və texnikanın döyüş zonasına çatdırılmasında yaranan çətinliklər səbəbindən ABŞ əməliyyatlarının genişləndirilməsi imkanlarının məhdud olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az