ABŞ İsraildəki ordusunu gücləndirir: Yüzlələr savaş təyyarəsi...


ABŞ İrana qarşı əməliyyatların miqyasını genişləndirməyə hazırlaşarkən İsraildəki hərbi qüvvələrini gücləndirməyə davam edir.

Turkustan.az xəbər verir ki, son 24 saat ərzində İsrailə daha 14 yanacaqdaşıyan təyyarə göndərilib. Məlumata görə, Vaşinqton ümumilikdə bölgədə 100 belə təyyarə yerləşdirməyi planlaşdırır.

Bildirilir ki, ABŞ bununla yanaşı, Böyük Britaniyada yerləşən F-35 və Almaniyadakı F-15 döyüş təyyarələrini də Yaxın Şərqə köçürür. Göndərilən təyyarələr arasında İranın hava hücumundan müdafiə sistemləri və radarlarını sıradan çıxarmaq imkanına malik xüsusi təchizatlı təyyarələrin də olduğu qeyd edilir. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ