Türkiyədə məhkəmə üzvlərinin kollektiv məzuniyyət dövrü hesab olunan məhkəmə tətili bu gün başlayıb.
Turkustan.az xəbər verir ki, tətil müddətində adi məhkəmə iclasları dayandırılsa da, növbətçi məhkəmələr fəaliyyətini davam etdirəcək.
Bu dövrdə həbsdə olan təqsirləndirilən şəxslərlə bağlı işlər, həbs qətimkan tədbirlərinə dair müraciətlər, təcili ərizələr və qanunla təxirəsalınmaz hesab edilən digər məsələlərə baxılacaq.
Yeni məhkəmə ili 1 sentyabrda başlayacaq. CHP-nin qərarın etibarsız sayılması ilə bağlı Ali Məhkəməyə etdiyi müraciətə də məhz yeni məhkəmə ilində baxılacaq.
Konstitusiya Məhkəməsi isə məhkəmə tətili dövründə fəaliyyətini fasiləsiz davam etdirəcək. Dövlət Şurasının növbətçi heyəti də təcili müraciətlər və icranın dayandırılması ilə bağlı ərizələri qiymətləndirəcək.
Aytən Yaşar/ Turkustan.az