Tramp kuboku təqdim etmək üçün meydana çıxanda həyatının şokunu yaşadı


2026-cı il FIFA Dünya Kubokunun finalından sonra keçirilən mükafatlandırma mərasimində diqqətçəkən məqamlardan biri ABŞ prezidenti Donald Trampla bağlı olub.

Turkustan.az xəbər verir ki, çempionluq kubokunu FIFA prezidenti Canni İnfantino ilə birlikdə təqdim etmək üçün meydana çıxan Tramp tribunaların bir hissəsinin fit və etirazları ilə qarşılanıb.

Canlı yayım zamanı stadionun səsgücləndiricilərindən verilən yüksək musiqinin bu reaksiyaların səsini qismən örtdüyü müşahidə olunub. Buna baxmayaraq, fit səsləri eşidilməyə davam edib.

Donald Tramp isə etirazlara reaksiya vermədən azarkeşləri salamlayıb və mükafatlandırma mərasimində iştirakını davam etdirib.

Donald Tramp kuboku təqdim etmək üçün meydana çıxanda həyatının şokunu yaşadı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ