Rubiodan İrana ittiham: Hörmüz boğazını təzyiq alətinə çevirmək istəyirlər


ABŞ dövlət katibi Marko Rubio İranı Hörmüz boğazına nəzarəti ələ keçirmək və bundan beynəlxalq ictimaiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmaqda ittiham edib.

Turkustan.az xəbər verir ki, Rubio Filippində keçiriləcək ASEAN Xarici İşlər Nazirlərinin toplantısına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın İrana qarşı əməliyyatlarının məqsədi beynəlxalq ticarət gəmilərinə hücumlarda istifadə olunan hərbi obyektləri hədəfə almaq olub.

O, digər ölkələri də qlobal dəniz ticarətinin təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə çağırıb.

"Artıq dünya anlayır ki, İranın, yaxud onun müəyyən qruplarının məqsədi Hörmüz boğazına nəzarəti ələ keçirmək və bundan dünyaya qarşı sövdələşmə vasitəsi kimi istifadə etməkdir", – deyə, Rubio bildirib.

ABŞ dövlət katibi vurğulayıb ki, İran beynəlxalq ticarət gəmilərinə hücumlarını davam etdirərsə, Vaşinqton buna cavab verəcək.

Rubio əlavə edib ki, ABŞ diplomatik həll yoluna sadiqdir, lakin bunun üçün İranın mövqeyini dəyişməsi vacibdir.

O, həmçinin Çin Prezidenti Si Cinpinin sentyabr ayında ABŞ-a planlaşdırılan səfərinə hazırlıqların davam etdiyini açıqlayıb.

Rubionun sözlərinə görə, Vaşinqton və Pekin arasında fikir ayrılıqları olsa da, iki ölkə arasında dialoqun davam etdirilməsi qlobal sabitlik baxımından vacibdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ