Türkiyənin Vətən Partiyası ABŞ-a və onun qlobal hökmranlığı bərpa etmək planlarına qarşı durmaq məqsədilə Türkiyə, Rusiya, Çin və İran arasında ittifaq yaradılmasını təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə partiyanın iştirakı ilə Ankarada keçirilmiş "Böyük Müharibələrin Qarşısının Alınması Alyansı" konfransının yekun bəyannaməsində deyilib.
"ABŞ-ın qlobal hökmranlığı bərpa etmək məqsədilə başladacağı böyük bir müharibənin qarşısını almağın yeganə yolu, ABŞ-ı cilovlamağa qadir olan beynəlxalq bir qüvvə yaratmaqdır. Mövcud şəraitdə belə bir qüvvənin təməlini Türkiyə–Rusiya–Çin–İran ittifaqı təşkil etməlidir.
Belə bir ittifaqın effektiv çəkindirmə səviyyəsinə çatması üçün sadəcə olaraq bu ölkələr arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək kifayət deyil.
Yaradılan birlik sıx bağlı strateji ittifaq olmalıdır"- qeyd olunub.
Konfransda çıxış edən Vətən Partiyasının lideri Doğu Perinçek bildirib ki, İranın Amerika imperializminə qarşı müharibəsi Türkiyə-Rusiya-Çin-İran ittifaqının real olduğunu və artıq formalaşdığını göstərib. /axar.az/