“Rosselxoznadzor” sabahdan etibarən Türkiyənin 5 ixracatçı şirkətindən Rusiyaya çəyirdəkli meyvə məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edir.
Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Məlumata görə, söhbət gilas, albalı, şaftalı, ərik və gavalı kimi meyvələrdən gedir:
“Qərar Türkiyədən Rusiyaya gələn çəyirdəkli meyvə məhsullarında Aİİ-yə üzv ölkələr üçün karantin bəyannaməsinə daxil olan zərərli orqanizmlərin sistematik şəkildə aşkarlanması ilə əlaqədar olaraq qəbul edilib”.