İran rejiminə müxalif olan İran Kürdüstan İnqilabçı Fəhlə Birliyinin (Komele) səkkiz üzvü İraqın Süleymaniyyə şəhərində yerləşən düşərgəyə raket hücumu nəticəsində həlak olub.
Turkustan.az xəbər verir ki, İraq mediasının yaydığı məlumata görə, Komele təşkilatının yüksək vəzifəli nümayəndəsi hücumla bağlı açıqlama verib.
Onun sözlərinə görə, təşkilatın düşərgəsinə altı raket atılıb. Hücum nəticəsində Komele-nin səkkiz üzvü həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Hadisə ilə bağlı hücumu həyata keçirən tərəf barədə rəsmi məlumat açıqlanmayıb.
AYtən Yaşar/ Turkustan.az