ABŞ Daxili Təhlükəsizlik Departamenti əsasən xarici tələbələri əhatə edən bəzi qeyri-immiqrant vizaları ilə ölkəyə gələn şəxslərin ABŞ-da qalma müddətinə məhdudiyyət tətbiq edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, departamentin yazılı bəyanatına əsasən, F, J və I kateqoriyalı qeyri-immiqrant vizaları ilə ABŞ-a daxil olan şəxslərin ölkədə qalma müddətini tənzimləyən yekun qayda qəbul edilib.
Yeni qaydaya əsasən, indiyədək bu kateqoriyadan olan şəxslərin ABŞ-da "statusun müddəti" (Duration of Status) prinsipi əsasında qalmasına imkan verən sistem dəyişdirilir. Bunun əvəzinə, vizaların qüvvədə olma müddəti üçün konkret vaxt məhdudiyyətləri tətbiq ediləcək.
Aytən Yaşar/ Turkustan.az