Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı hərbi əməliyyatların gələcəyi və sülh danışıqları perspektivləri ilə bağlı yeni açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Peskov bildirib ki, Rusiya amerikalılarla işçi kanallar vasitəsilə əlaqə saxlayır və ABŞ-ın vəziyyəti sülh müstəvisinə çıxarmaq səylərinin uğurla nəticələnəcəyinə ümid edir. Rusiya prezidentinin dəfələrlə qeyd etdiyi kimi, Moskva bu cür danışıqlar üçün açıqdır.
Mətbuat katibi hazırda Rusiya regionlarının, o cümlədən DXR-in azad edilməsi prosesinin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Konstantinivka şəhərinin nəzarətə götürülməsi həm taktiki, həm də strateji baxımdan vacib addımdır. Eyni zamanda, Rusiya Silahlı Qüvvələri təhlükəsizlik və ya bufer zona yaratmaq istiqamətində işlərini davam etdirir. Peskov əlavə edib ki, vəziyyətin sülh yoluna düşməsi Kiyev rejiminin xoşməramlılıq nümayiş etdirərək, qəbul edilməsi vacib olan qərarlara hazır olmasından asılıdır./Musavat.com