Müharibənin dəyəri çox yüksək oldu! Maliyyə ayrılmasa, ordu dağılacaq


İsrail ordusunun uzunmüddətli hərbi əməliyyatların yaratdığı maliyyə yükü səbəbindən hökumətdən təcili əlavə maliyyə vəsaiti istədiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin Yedioth Ahronoth qəzetinin məlumatına görə, büdcə məhdudiyyətləri ilə üzləşən ordu müdafiə büdcəsinin hazırkı 38,9 milyard dollardan 49,5 milyard dollara çatdırılmasını tələb edib.

Xəbərdə qeyd olunur ki, Müdafiə Nazirliyi hərbi xərclərin rekord səviyyəyə yüksəldilməsi üçün hökumətə təzyiq göstərir. Məlumata əsasən, İsrail ordusu mövcud büdcə ilə fəaliyyətini davam etdirməkdə çətinlik çəkdiyini etiraf edib.

Qəzet yazır ki, maliyyə çatışmazlığı səbəbindən ordu bəzi ehtiyat qüvvələrin tərxis edilməsinə məcbur qalıb və yüksək xərc tələb edən hərbi əməliyyatlardan çəkinməyə başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ