NATO-nun baş katibi Mark Rutte Ankarada keçiriləcək NATO Zirvə Toplantısı ərəfəsində Türkiyənin Alyans üçün əhəmiyyətini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Brüsseldəki NATO qərargahında sualları cavablandıran Rutte sammitdən gözləntilər, Alyansın üzləşdiyi əsas çağırışlar və Türkiyənin NATO-ya töhfələri barədə danışıb.
"Türkiyə son dərəcə vacib ölkədir. Alyansın ən güclü ordularından birinə malikdir. Ordusu yüksək səviyyədə təchiz olunub və peşəkar hazırlıq keçib. Bundan əlavə, Türkiyə güclü müdafiə sənayesinə sahibdir", – deyə, Rutte bildirib.
Aytən Yaşar/ Turkustan.az