Ölənlərin sayı dəhşətli həddə çatdı:Türkiyə dərhal tədbir gördü


Cənubi Amerika ölkəsi Venesuela ardıcıl baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin ağır nəticələri ilə mübarizə aparır.

Turkustan.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edərkən, ölən və yaralananların sayı artır.

Venesuelanın səhiyyə naziri Karlos Alvarado dövlət televiziyasına açıqlamasında bildirib ki, indiyədək ən azı 235 nəfər həyatını itirib. Onun sözlərinə görə, dağıntılar altındakı insanların çıxarılması davam etdikcə itkilərin artacağı istisna edilmir.

Nazir qeyd edib ki, saat 19:00-a olan məlumata əsasən, təxminən 4300 yaralıya tibbi yardım göstərilib. Yaralıların əksəriyyətinin vəziyyəti yüngül olsa da, çoxsaylı orta və ağır xəsarət alan şəxslər təcili cərrahi əməliyyat olunub.

Alvarado əlavə edib ki, xəstəxanalara çatdırılan təxminən 235 nəfərdə həyat əlaməti olmayıb və ya onlar tibbi müəssisəyə gətirildikdən sonra vəfat ediblər.

Bu arada Türkiyə də zəlzələdən zərər çəkən Venesuelaya yardım göstərməyə hazırlaşır. AFAD-ın məlumatına görə, humanitar yardım və axtarış-xilasetmə qruplarını daşıyan iki təyyarə İstanbul Atatürk Hava Limanından Venesuelaya yola salınacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ