Ərdoğandan Netanyahuya: Hitlerin izi ilə gedənlərin sonu eyni olacaq


İsrailin Baş naziri Benyamin Netanyahu dünənki paylaşımında Prezident Rəcəb Tayyib Ərdoğanı “öz xalqına zülm edən lider” kimi xarakterizə edib.

Turkustan.az xəbər verir ki, Türkiyənin HƏMAS-a verdiyi dəstəyə toxunaraq bildirib ki, “İsrail Dövləti və dünyanın ən əxlaqlı ordusu olan İDF Yaxın Şərqi və bütün dünyanı təhdid edən İrana və onun əlaltılarına qarşı qətiyyətli mübarizəsini davam etdirəcək”.

Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən “Türkiyə Qızıl Aypara Mükafatları Mərasimi”ndə çıxış edən Prezident Ərdoğan isə Netanyahunun açıqlamalarına sərt reaksiya verib. Netanyahuya “soyqırım şəbəkəsinin rəhbəri” deyə müraciət edən Ərdoğan bildirib:

“Netanyahu soyqırım şəbəkəsinin rəhbəridir. Hitlerin yolu ilə gedənlərin aqibəti necə olubsa, onların da sonu eyni olacaq. Onlar tökdükləri qanların hesabını gec-tez verəcəklər”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ