Zelenski: Ukrayna ordusu Rusiyadakı hərbi zavodu vurdu


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələri davam etdirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski Teleqram hesabında paylaşdığı açıqlamada Ukraynaya məxsus FP-5 Flamingo raketlərinin Rusiyanın Çeboksarı şəhərində yerləşən hərbi təyinatlı zavodu hədəf aldığını təsdiqləyib.

Prezidentin sözlərinə görə, sözügedən müəssisə Rusiya ordusunu pilotsuz uçuş aparatları və raketlər üçün komponentlərlə təmin edir.

“Ukraynanın Rusiya hərbi obyektlərinə və neft sənayesinə qarşı uzaqmənzilli əməliyyatları davam edir. Bu gecə FP-5 Flamingo raketləri Çeboksarıdakı hərbi zavoda dəqiq zərbə endirib. Dəqiqliyə görə Ukrayna Silahlı Qüvvələrinə təşəkkür edirəm”, – deyə Zelenski vurğulayıb.

Hücumun nəticələri və zavoda dəyən ziyanın miqyası barədə hələlik əlavə məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ