Ukrayna dronları Rusiyanın Krıma yük daşınmasını 71% azaldıb - Magyar


Ukrayna dronlarının Krıma aparan quru dəhlizi üzərində nəzarəti gücləndirməsi nəticəsində son 14 gündə Rusiya ordusunun hərbi yük daşımalarının 71 faiz azaldığı bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin komandiri Robert “Magyar” Brodi sosial şəbəkə hesabında paylaşım edib.

Brodi qeyd edib ki, mövcud şəraitdə Krıma doğru hərbi logistikanın davam etdirilməsi işğalçı qüvvələr üçün ciddi risk daşıyır və Rusiya tərəfi yaranmış vəziyyət qarşısında aciz qalıb.

Onun sözlərinə görə, iyunun 7-dən etibarən Şərq Hərbi Dairəsi komandanının əmri ilə Mariupol–Berdyansk–Melitopol–Simferopol marşrutu üzrə E58 magistral yolu (R-280 “Novorossiya” avtomobil yolu) boyunca hərbi yük daşımalarına məhdudiyyət tətbiq edilib. Nəticədə bu istiqamətdə daşımaların həcmi son iki həftədə 71 faiz azalıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ