ABŞ-İsrail münasibətlərində yeni gərginlik: Casusluq iddiaları gündəmdə


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İsrailin ABŞ-a qarşı artan casusluq fəaliyyəti ilə bağlı narahatlığının gücləndiyi və İsrailə qarşı əks-kəşfiyyat təhdidi səviyyəsini ən yüksək həddə qaldırdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, NBC News-un məlumatına görə, adlarının açıqlanmasını istəməyən üç keçmiş ABŞ rəsmisi Pentaqonun İsrailin ABŞ-a qarşı kəşfiyyat fəaliyyətlərindən getdikcə daha çox narahat olduğunu bildirib.

Mənbələrin iddiasına əsasən, bu səbəbdən ABŞ Müdafiə Nazirliyi İsrailə qarşı əks-kəşfiyyat təhdidi səviyyəsini yüksəldib. Bildirilir ki, Nazirliyə bağlı Müdafiə Kəşfiyyat İdarəsi (DIA) ABŞ, İsrail və İran arasında artan gərginlik, eləcə də Vaşinqton və Təl-Əviv arasındakı münasibətlər fonunda yeni əks-kəşfiyyat təhdidi qiymətləndirməsi hazırlayıb.

Keçmiş rəsmilərin sözlərinə görə, DIA daxili istifadə üçün yaydığı məlumatda İsrailə dair təhdid qiymətləndirməsini ən yüksək səviyyə olan “kritik” kateqoriyasına qaldırdığını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ