Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropa İttifaqının (Aİ) uzun müddətdir yeni üzv qəbul etməməsi təşkilatın bu sahədə müəyyən çatışmazlıqlarının olduğunu ortaya qoyur.
Turkustan.az xəbər verir ki, o, Aİ–Qərbi Balkanlar Zirvəsindən əvvəl Monteneqronun Tivat şəhərində jurnalistlərə açıqlamasında genişlənmə prosesini şərh edib.
“13 ildir yeni üzvləri qəbul etməməyimiz Aİ tərəfində də çatışmazlıqların olduğunu göstərir. Biz bunların öhdəsindən gəlmək istəyirik”, – deyə Merz bildirib.
Kansler qeyd edib ki, Aİ-nin genişlənməsi uzun müddətdir gündəmdə olan əsas məsələlərdən biridir və bu istiqamətdə konkret addımların atılması vacibdir.
O, Fransa prezidenti Emmanuel Makronla birlikdə Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasını sürətləndirmək üçün təkliflər hazırladıqlarını da vurğulayıb:
“Aİ genişlənməyə hazır və istəkli olduğunu göstərməlidir. Biz bunu bu gün müzakirə etmək istəyirik.”
Aytən Yaşar/ Turkustan.az